Tramp Sumiyə hücumdan danışıb: Rusiyanın adını çəkmədi

   Tramp Sumiyə hücumdan danışıb:    Rusiyanın adını çəkmədi
  14 Aprel 2025    Oxunub:991
ABŞ prezidenti Donald Tramp Rusiyanın Sumiyə hücumunu qəribə şəkildə şərh edib.
O, xeyli sayda mülki şəxsin ölümü ilə nəticələnən hücumu ətraflı şərh etmək istəməyib. Siyasətçi qeyd edib ki, ona Rusiyanın “səhv etdiyini” deyiblər.

Rusiya Xarkova və Sumıya hücuma keçib
"Şəxsən mən belə düşünürəm ki, bu dəhşətli idi. Mənə dedilər ki, onlar (Rusiya-red.) səhv ediblər. Amma bir daha deyirəm ki, mən bunun dəhşətli bir şey olduğunu düşünürəm", - o, jurnalistlərə deyib.

Jurnalistlər Trampdan Rusiyanın “səhv” etdiyini deyərkən nəyi nəzərdə tutduğunu aydınlaşdırmasını istəyiblər. Ağ Ev rəhbəri belə cavab verib: “Düşünürəm ki, bu baş verib. Bura baxın, siz bunu onlardan soruşun”.

CNN-nin yaydığı məlumata görə, Tramp "onlar" deyəndə konkret kimdən danışdığını açıqlamayıb.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Sumiyə hücumu şərh etmişdi. O ölkəsinin Sumiyə dəhşətli raket hücumu nəticəsində həlak olanların ayxınlarına dərin hüznlə başsağlığı verdiyini deyib.

Xatırladaq ki, dünən səhər saatlarında Rusiya ordusu içərisində kaset mərmiləri olan raketlərlə Suminin mərkəzinə zərbələr endirib. Son məlumatlara görə, hücumda ikisi uşaq olmaqla 34 nəfər həlak olub. Yüzdən çox insan yaralanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sumı   Rusiya   Ukrayna   ABŞ  





Xəbər lenti