Qeyri-qanuni aborta görə cəzalar sərtləşdirilir

Qeyri-qanuni aborta görə cəzalar sərtləşdirilir
  29 İyul 2014    Oxunub:1123
Gürcüstan parlamenti qeyri-qanuni abortla bağlı qanunu sərtləşdirmək niyyətindədir.
Trend-in məlumatına görə, parlamentin Ədliyyə komitəsinin hazırladığı "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən, qeyri-qanuni aborta görə həkimlər ictimai faydalı əməyə cəlb olunacaq, həmçinin 120 saatdan 300 saatadək və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcəklər.

Qeyri-qanuni abort sonsuzluğa səbəb olduqda isə 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əgər qeyri-qanuni abort pasiyentin ölümünə səbəb olsa, təqsirkar şəxsi 4 ildən 6 ilədək həbsxana həyatı gözləyir.


Teqlər:  





Xəbər lenti