"Taurus" Kiyevə Krım körpüsünün vurulması üçün verilir - "Financial Times"

   "Taurus" Kiyevə Krım körpüsünün vurulması üçün verilir    - "Financial Times"
  14 Aprel 2025    Oxunub:983
Almaniya Ukraynaya uzaqmənzilli "Taurus" raketləri göndərməyə hazırdır.
"Financial Times"in (FT) yaydığı məlumata görə, bunu Almaniyann gələcək kansleri Fridrix Merz deyib.

Putindən Qərbə raket şoku: Yeni və unikal hipersəs sistemlər yaradılır
Nəşr yazıb ki, kansler "Taurus"la bağlı niyyətini Kiyevin mövqelərini gücləndirmək və Rusiya prezidenti Vladimir Putini güzəştə getməyə məcbur etməklə izah edib.

Merz Rusiyanın Sumiyə zərbə endirməsini də pisləyib. Siyasətçi bunu ciddi müharibə cinayəti adlandırıb. O, rəsmi Kiyevin döyüş meydanında irəliləmək üçün köməyə ehtiyacı olduğunu bildirib.

Ukrayna uzun müddətdir ki, Almaniyadan “Taurus” raketlərini istəyir. Lakin Almaniya hakimiyyəti həmişə belə bir mühüm silahın ukraynalılara təhvil verilməsindən imtina edib. İndi gələn ay kansler vəzifəsini başlayacaq Merz bunu etməyə hazır olduğunu aşkar şəkildə bəyan edir. Bununla belə siyasətçi məlum məsələlərdə avropalı müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət edəcəklərini də gizlətməyib.

"Bu, birgə razılaşdırılmalıdır. Əgər razılaşdırılarsa, Almaniya da məlum silahlandırmada iştirak etməlidir", - deyən Merz Britaniya, Fransa və Amerikalıların artıq Ukraynaya uzaqmənzilli raketlər tədarük etdiyini bildirib.

Maraqlıdır ki, "Financial Times" Merzin "Taurus" qərarının ukraynalıların məhz Krım körpüsünü dağıda bilmələri üçün verildiyini yazıb: "Merz nəinki Kiyevə “Taurus” raketlərini tədarük etməyin vaxtının çatdığını açıqlayıb, o həm də bu güclü silahlardan Kerç körpüsü (Rusiyanı Krım yarımadasına birləşdirən körpü-red.) kimi mühüm hədəfləri vurmaq üçün istifadəni də təklif edib".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya   Kansler   Raket   Kiyev  





Xəbər lenti