Əraqçi Moskvaya gedir

   Əraqçi Moskvaya gedir
  14 Aprel 2025    Oxunub:1103
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə Omanda aparılan nüvə danışıqlarının müzakirəsi məqsədilə bu həftəsonu Moskvaya yollanacaq.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuata açıqlamasında məlumat verib. O diqqətə çatdırıb ki, bu səfər "Omanın paytaxtı Məsqət şəhərində baş tutan danışıqların müzakirəsi üçün əvvəlcədən planlaşdırılıb".

Bəqayi, eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossinin bu həftə ərzində Tehrana gedəcəyini də təsdiqləyib.
Barro: "Danışıqlar Aİ-nin maraqları ilə uzlaşmalıdır"

Xatırladaq ki, İranın nüvə proqramı ilə əlaqədar danışıqların ilk mərhələsi ötən həftə Omanda baş tutub. Bu, ABŞ və İran son 8 il ərzində keçirilən ən mühüm görüş kimi qiymətləndirilir. Növbəti mərhələnin isə bu şənbə günü İtaliyanın paytaxtı Roma şəhərində baş tutacağı gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   nüvə-danışıqları   Rusiya  





Xəbər lenti