Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşüb

Ölkəmizin BMT-yə üzv olmasından bəri Təşkilatla aparılan qarşılıqlı faydalı əməkdaşlıq, ölkəmizin BMT-nin fəaliyyətində aktiv iştirakı, Təşkilatın sülhməramlı əməliyyatlarına töhfələrinin təqdirəlayiq olduğu qeyd edilib, bu istiqamətdə perspektivlər nəzərdən keçirilib.
Azərbaycanın ev sahibliyi və sədrliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkilində Təşkilatla olduqca yaxşı qurulmuş əməkdaşlıq məmnunluqla qeyd edilib, sessiya zamanı əldə olunmuş əhəmiyyətli qərarların, o cümlədən Bakı Maliyyə Məqsədinin qəbul olunmasının vacibliyi diqqətə çatdırılıb.
Vətəndaşlarımızın həyat və sağlamlıqlarına, öz yurdlarına ləyaqətli qayıdış prosesinə, habelə ölkəmizin sülh və yenidənqurma səylərinə təhdid törədən mina təhlükəsi ilə mübarizə səylərində, humanitar minatəmizləmə fəaliyyətində əməkdaşlıq və dəstəyin əhəmiyyəti vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: