Duzlu qidalar depressiya riskini 40% artırır - "Daily Mail"

Duzlu qidalar depressiya riskini 40% artırır    - "Daily Mail"
  14 Aprel 2025    Oxunub:1011
Alimlər duzun insanın əhvalına təsiri ilə bağlı maraqlı araşdırma aparıblar.
Məlum olub ki, yeməyə duz əlavə etmək insanda depressiya və narahatlıq riskini 40%-dən çox artıra bilər. "Daily Mail" elm adamlarının sübutlarla əhatə olunmuş məqaləsini dərc edib.

Alimlər herpes və qripdən qoruyan saqqız hazırlayıblar
"Təxminən yarım milyon britaniyalı üzərində aparılan əsaslı araşdırma, yeməyə duz əlavə etmək ilə depressiya və narahatlıq kimi hisslərin inkişaf riskinin artması arasında əlaqə tapıb. "Journal of Affective Disorders" jurnalında dərc edilən məlumatlara görə, yeməklərinə müntəzəm olaraq duz əlavə edən insanlarda duzdan qaçanlara nisbətən məlum psixi pozğunluqların inkişafı təxminən 40% daha yüksək olur", -müəllf yazıb.

Tədqiqatda 439 412 nəfər iştirak edib, onlardan 9 516 nəfərinə depressiya, 11 796 nəfərinə isə narahatlıq pozuqluğu diaqnozu qoyulub. Yeməklərinə arabir duz əlavə edənlərdə risk 5-8% artıb.

Alimlər duzun xroniki depressiya riski ilə əlaqəsinə dair bir neçə ehtimallar da səsləndiriblər. Onlardan biri duzdan çox istifadəyə görə bioloji qocalmanın surətlənməsidir. Bu surətlənmə isə psixi sağlamlığa mənfi təsir göstərir. Digər bir fərziyyə duzun emosional vəziyyəti tənzimləməkdə əsas rol oynayan serotonin və dopamin kimi hormonlara təsiri ilə bağlıdır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Duz   Alim   Araşdırma  





Xəbər lenti