WSJ: “Trampın komnadasında ixtilaf yaranıb”

Bir qrup müşavir prezidentdən Moskva ilə münasibətlərdə daha ehtiyatlı olmağı və daha sərt mövqe sərgiləməyi xahiş edir. Məsləhət Rusiyaya qarşı mümkün sanksiyaların müzakirəsi zamanı verilib.
“Lakin Rusiyada prezident Vladimir Putinlə iki dəfə görüşən Trampın digər nümayəndəsi Stiven Uitkoff onu Moskvanın sülh bağlamağa hazır olduğuna inandırır. Tramp bu fikri bölüşür”, - qəzet vurğulayır.
Daha əvvəl Trampın komandasındakı parçalanma barədə daha əvvəl məlumat vermiş “Reuters” agentliyi də Kelloqla Uitkoff arasındakı mövqe fərqlərinə diqqət çəkmişdi. Moskvanın işğal etdiyi Ukrayna ərazilərinin Rusiyanın tərkib hissəsi kimi tanınması məsələsində onların fikirləri fərqlidir. Uitkoffun fikrincə, Rusiyanın onlar üzərində nəzarəti tanınmalıdır, Kelloq isə Ukraynanın belə bir şərtlə razılaşmayacağını iddia edir.
- Qrek Miks də daxil olmaqla, ABŞ Konqresinin Nümayəndələr Palatasından bir qrup demokrat “Ukraynaya dəstək haqqında” qanun layihəsi təqdim edib. Sənəd Ukraynanın təhlükəsizliyinin və yenidən qurulmasının maliyyələşdirilməsini və Rusiyaya qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutur”, - mənbələrə və layihənin mətninə istinad edən “Reuters” aprelin 14-də xəbər verib.
Agentlik qeyd edir ki, sənəd Trampın Rusiyaya qarşı daha yumşaq mövqe tutması fonunda Konqresin Konqresin göstərdiyi səylərin bir hissəsidir.
Sahil İsgəndərov
AzVision.az