Əhalinin sayı açıqlanıb

 Əhalinin sayı açıqlanıb
  15 Aprel 2025    Oxunub:837
İlin əvvəlindən ölkə əhalisinin sayı 5 777 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il mart ayının 1-i vəziyyətinə 10 milyon 230 min 666 nəfər təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti