Rusiya Kallasın beynəlxalq tribunala verilməsini tələb edir

   Rusiya Kallasın beynəlxalq tribunala verilməsini tələb edir
  15 Aprel 2025    Oxunub:771
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas vəzifəsindən uzaqlaşdırılmalı və beynəlxalq, BMT tribunalına çıxarılmalıdır.
Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün Telegram kanalında yazıb.

"Ağlı qaçmış rusofob təkcə Avropa İttifaqı ölkələrinə deyil, Aİ-yə üzvlük məsələsini müzakirə edən namizədlərə də ultimatum verib. Siyasətçi onlardan Böyük Qələbənin 80-ci ildönümünün qeyd olunduğu günlərdə ölkəmizə səfər etməməyi tələb edib. Kallasın bəyanatı həyatını qurban vermiş insanların xatirəsinə hörmətsizlikdir. Kallas mütləq şəkildə beynəlxalq tribunala təhvil verilməlidir”.- o yazıb.

Volodin 27 milyon insanın həyatı bahasına çoxmillətli sovet xalqının xilas etdiyi, həmçinin 800 mindən çox insan itirmiş ABŞ və İngiltərənin də daxil olduğu anti-Hitler koalisiyası tərəfindən qurtarılmış dünya ölkələrinə çağırış edib. Siyasətçi qeyd edib ki, bu ölkələr həmin qurbanların xatirəsini daim yad etməlidirlər.

"Məhz bunun üçün biz əlimizdən gələni etməliyik. Biz siyasətçiləri müxtəlif səhvlərə görə bağışlaya bilərik. Amma bir səhv istisnadır. Bu, hamımızın bu gün həyatda olmağımızın səbəbkarı olan insanların xatirəsini ləkələməkdir. Əgər 80 il əvvəl sovet əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlar, şücaət olmasaydı, Avropa da mövcud olmazdı", - Volodin əlavə edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti