Almaniyanın avtomobil şirkəti müflis oldu

Almaniyanın avtomobil şirkəti müflis oldu
  15 Aprel 2025    Oxunub:717
Almaniyanın dəbdəbəli avtomobil istehsalçısı olan “Isdera” konserni özünün iflasa uğradığını elan edib.
AzVision.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, sifarişlər əsasında az miqdarda bahalı avtomobillər istehsal edən şirkət 40 ildən çoxdur fəaliyyət göstərir. 1982-ci ildə Leonberqdə avtomobil dizayn mühəndisi Eberhard Şults tərəfindən təsis edilmiş konsernin ofisi hazırda Sankt-İnqbertdə (Saarland torpağı) yerləşir.

“Isdera” avtomobilləri hərraclarda 1 milyon avrodan baha qiymətə satılıb. Məsələn, “Commendatore 112i” modeli 2021-ci ildə 1,2 milyon avroya satılıb. 2016-cı ildə Şults “Isdera” konsernini Çin tərəfdaşları ilə elektrik avtomobili hazırlayan “Sinfonia Automotive AG” şirkətinə satıb. Lakin bu layihə uğur qazanmadı.

“Bild” nəşri qeyd edir ki, “Isdera” şirkətinin müflisləşməsi barədə ərizəsi aprelin 11-də Saarbrüken rayon məhkəməsinə verilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: "İsdera"   iflas  





Xəbər lenti