"Xiaomi" havanı insana yönləndirən yeni kondisioner təqdim edib

   "Xiaomi" havanı insana yönləndirən yeni kondisioner təqdim edib
  15 Aprel 2025    Oxunub:670
Çinin nəhəng şirkətlərindən olan "Xiaomi" qeyri-adi yeniliklərlə müştərilərini heyrətləndirməyə davam edir.
Şirkət 3999 yuan dəyərində olan "Mijia Kondisioner Pro"nu təqdim edib. "GizmoChina" portalının yaydığı məlumata görə, qeyri-adi kondisionerin otaqda insanları izləmək funksiyası var.

Çin lazer silahları olan qırıcısını təqdim edib - VİDEO
"Kondisionerdə hava axınının optimal istiqaməti üçün insanın yerinin avtomatik aşkarlanması texnologiyası var. Hətta texnikada lazım gələcəyi təqdirdə havanın insana çatmasının qarşısını ala bilən funksiya da var", - nəşr yazıb.

Kondisioner hava axınını ona görə belə dəqiq ötürə bilir ki, cihaz iki "mmWave" radar sistemi və "Lingyun AI" alqoritmi ilə təmin edilib.

Otaqda adam olmadıqda cihaz enerjiyə qənaət rejiminə keçir və bu, ildə elektrikə 361 kVt/saata qədər qənaət etməyə imkan verir.
Kondisioner inverter kompressor, ikiqat kondensator və buxarlandırıcı ilə də təchiz olunub. İstehsalçıların fikrincə, yeniliklə təmin olunmuş məişət cihazı Çin təsnifatına (APF 5.65) uyğun olaraq "Super 1" səviyyəli əla enerji səmərəliliyinə malikdir. O, geniş temperatur diapazonunda, -35 ilə +65 dərəcə Selsi arasında işləyə bilir.Onun səssiz rejimdə səs səviyyəsi 18 dB-dir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Kondisioner   Hava  





Xəbər lenti