Paşinyan: "Sülh olacaq!"

   Paşinyan:    "Sülh olacaq!"
  15 Aprel 2025    Oxunub:650
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı diqqət çəkən fikirlər səsləndirib.
O, Ermənistan və Azərbaycandakı bütün siyasi qüvvələri mümkün müharibə ilə bağlı bəyanatlar verməkdən çəkinməyə çağırıb.
Siyasətçi vurğulayıb ki, hər gün həm ölkə daxilində, həm də xaricdə konkret fəaliyətlərlə müşayiət olunan hərbi təbliğatlar aparılır.

Erməni deputat Müdafiə Nazirliyini ifşa etdi: "Atışma yoxdur!" (VİDEO)
Ermənistanın baş naziri mümkün yeni eskalasiya ilə bağlı şayiələrə də toxunub. Onun sözlərinə görə, bunun üçün heç bir əsas yoxdur, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıyıb, həmçinin güc tətbiqindən imtina ediblər: "Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq".

Siyasətçi son günlər İrəvanın yaydığı atışma ilə bağlı dezinformasiyalardan da danışıb. Paşinyan iddia edib ki, guya Azərbaycan Zəngəzur istiqamətində bir neçə dəfə atəşkəsi pozub. O, bunu hərbçilərin sərhəd kəndlərinin sakinlərinə psixoloji təzyiq göstərmək cəhdi adlandırıb.

O əlavə edib ki, atəşkəs rejiminə ciddi riayət olunması barədə göstəriş verib və İrəvan müvafiq mexanizm yaratmaqla sərhəd insidentlərinin birgə araşdırılmasına hazırdır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Eskalasiya   Sülh  





Xəbər lenti