Strateji Kommunikasiyalar Mərkəzi Ermənistanla bağlı hesabat təqdim edib

   Strateji Kommunikasiyalar Mərkəzi Ermənistanla bağlı hesabat təqdim edib
  15 Aprel 2025    Oxunub:545
Hesabatda vətəndaş cəmiyyəti nümayəndələrinin fikrinə əsasən Ermənistanın törətdiyi sistematik pozuntular öz əksini tapıb.
AzVision.az xəbər verir ki, hesabatda qeydə alınan, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyaya, 1949-cu il Cenevrə protokollarına, 1977-ci il Cenevrə Konvensiyalarına Əlavə Protokollara, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə zidd sayılan əsas pozuntu növləri aşağıdakılardır:

- Azərbaycanlı hərbi əsirlərə, mülki şəxslərə sistematik işgəncə və qəddar rəftar;
- İşğal olunmuş ərazilərdə məhbusların özbaşına saxlanılmaları və onların ləyaqətini alçaldan hərəkətlər;
- Ermənistanın 1990-cı illərdən indiyədək itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsində əməkdaşlıqdan imtinası;
- Səmərəli istintaqın aparılmaması və cəzasızlıq;
- Humanitar məsələlərdə əməkdaşlıqdan imtina.

Aprelin 14-dən 16-dək BMT-nin İşgəncələrə qarşı Komitəsinin Cenevrədə keçirilən 82-ci sessiyasında Ermənistanla bağlı keçirilən dinləmələrdə Strateji Kommunikasiyalar Mərkəzinin sədrinin köməkçisi Əli Abdullayev və beynəlxalq hüquq üzrə mütəxəssis Emil Zadayev iştirak edəcəklər.

AzVision.az


Teqlər: Hesabat  





Xəbər lenti