Ukrayna PUA-ları bir gecədə 30-a yaxın binanı yararsız hala salıb

Ukrayna PUA-ları bir gecədə 30-a yaxın binanı yararsız hala salıb
  15 Aprel 2025    Oxunub:425
Gecə saatlarında Ukraynanın Pilotsuz Uçuş Aparatları (PUA) Kurska güclü hücumlar həyata keçiriblər.
Hücumlar nəticəsində iyirmidən çox yaşayış binasına ziyan dəyib. Bu barədə Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn Telegram kanalında məlumat yayıb.

“24 çoxmənzilli binaya ziyan dəyib. Onlardan üçü kifayət qədər ciddi ziyan görübdir”,- o yazıb.

Rusiya rəsmisi onu da vurğulayıb ki, hazırda mütəxəssislər partlayışların baş verdiyi yerlərdə işləyirlər. Xinşteynin qeyd edib ki, hökumət zərər çəkmiş sakinlərin hamısına yardım göstərəcək: "Bura onlara lazımi ödənişlərin verilməsi də daxildir. Hələlik bütün zərər çəkmiş insanlar müvəqqəti yaşayış yerlərinə yerləşdiriləcək və dünən gecə hamı təxliyə edilib”

Xatırladaq ki, aprelin 15-nə keçən gecə Kursk vilayəti üzərində səmada 109 pilotsuz uçan aparat vurulub. Hücumun hədəflərindən biri də vilayətin inzibati mərkəzi olub. Burada 9 nəfər yaralanıb. 85 yaşlı qadını isə xilas etmək mümkün olmayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: PUA  





Xəbər lenti