Lavrov Tokayevlə razılaşmayıb

   Lavrov Tokayevlə razılaşmayıb
  15 Aprel 2025    Oxunub:476
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin dövlətlərin ərazi bütövlüyü hüququ ilə bağlı mövqeyini dəstəkləmir.
AzVision.az xəbər verir ki, Sergey Lavrov Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində belə iddia səsləndirib.

“Əgər biz yalnız xalqların öz müqəddəratını təyinetmə hüququ ideyasını rəhbər tutsaq, dünyada bir çox regional münaqişələr yaranacaq. 2022-ci ilin yayında Qazaxıstan prezidenti bildirib ki, BMT Nizamnaməsinin bu prinsipi başqa bir prinsipi - ərazi bütövlüyü ilə ziddiyyət təşkil edir. Birincisi tam həyata keçirilərsə, 600-dən çox ölkə meydana çıxacaq, xaos yaranacaq”, - nəşrin jurnalsitləri Lavrovla söhbətdə Qasım-Jomart Tokayevə istinad ediblər.

Rusiya XİN-in rəhbəri bu çıxışı xatırladığını və Tokayevlə razılaşmadığını bildirib. Onun sözlərinə görə, Moskva daha sonra Astanaya öz mövqeyini izah edib.

- Onun üçün yalnız ərazi bütövlüyü hüququ var. Amma yenə deyirəm: əgər siz BMT-nin üzvüsinizsə, Nizamnaməyə bütünlükdə hörmət etməlisiniz. Mən dekolonizasiyanı misal çəkdim. Ərazi bütövlüyü hüququna hökumətləri müəyyən bir ərazidə yaşayan bütün insanları təmsil edən dövlətlərdə hörmət qoyulur”, - Sergey Lavrov bildirib.

Qeyd edək ki, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Astananın beynəlxalq hüquqa əsaslanan bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyini dəfələrlə vurğulayıb. Buna əsasən, Astana Tayvanı və Kosovonu tanımır. 2022-ci ilin yayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən prezident Tokayev Qazaxıstanın “DXR” və “LPR” (Rusiyanın işğalına məruz qalmış Ukraynanın Donetsk və Luqansk vilayətləri) “kvazidövlət ərazilərini” tanımadığını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tokayev   Lavrov  





Xəbər lenti