Qarabağda sahibkarlıq subyektlərinin sayı açıqlanıb

Qarabağda sahibkarlıq subyektlərinin sayı açıqlanıb
  15 Aprel 2025    Oxunub:389
Bu ilin 1 aprel tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 5 282, fərdi sahibkarların sayı isə 95 875 olub.
Bu barədə AzVision.az -a Dövlət Statistika Komitəsindən bildirilib.

Sözügedən tarixə Qarabağ iqtisadi rayonunda 4 042 mikro, 199 kiçik, 85 orta və 12 iri sahibkarlıq subyekti qeydə alınıb. Şərqi Zəngəzur iqtisadi rayonunda 870 mikro, 50 kiçik, 20 kiçik və 4 iri sahibkarlıq subyekti fəaliyyət göstərib.

Ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 89 450, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 6 425 olub.

AzVision.az


Teqlər:





Xəbər lenti