Dövlət Komitəsində vətəndaş qəbulu keçirilib

Bildirilib ki, vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub.
Qəbul zamanı məcburi köçkün olan vətəndaşların bütün müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.
AzVision.az
Teqlər: