Simonyan və Sloveniya Baş nazirinin müavini Azərbaycanla normallaşma prosesini müzakirə edib

Simonyan və Sloveniya Baş nazirinin müavini Azərbaycanla normallaşma prosesini müzakirə edib
  15 Aprel 2025    Oxunub:399
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Sloveniyanın Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fayon ilə görüşüb.
AzVision.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə tərəflər Ermənistan və Azərbaycan arasında yenidən işlənmiş sülh sazişi layihəsini müzakirə ediblər.

Həmsöhbətlər həmçinin Ermənistan və Sloveniya arasında yüksək səviyyəli siyasi dialoqun daha da dərinləşdirilməsinin vacibliyini qeyd edərək, parlament diplomatiyasının mühüm rolunu vurğulayıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti