Güclü külək Bakıda 55 ağacı sındırıb

   Güclü külək Bakıda 55 ağacı sındırıb
  16 Aprel 2025    Oxunub:358
Dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən AzVision.az -a bildirilib ki, bu gün səhər saat 10:00 üçün olan məlumata görə, güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.

Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib. Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.

AzVision.az



Teqlər:





Xəbər lenti