Zukerberq "Instagram" və "WhatsApp"ı itirə bilər

   Zukerberq "Instagram" və "WhatsApp"ı itirə bilər
  16 Aprel 2025    Oxunub:437
ABŞ-nin Federal Ticarət Komissiyası (FTK) "Meta" sosial şəbəkə şirkətini "Instagram" və "WhatsApp"ı almaqla "bazara ədalətsizcəsinə hakim kəsilməkdə" təqsirləndirir.
Xarici mətbuat yazır ki, hazırda bu iddia üzrə ittihama Vaşinqton Federal Məhkəməsində baxılır. İddiaya əsasən, FTK milyarder Mark Zukerberqin sahibliyindəki "Meta" şirkətini "potensial rəqibləri satın alaraq bazar gücündən sui-istifadədə" günahlandırır.

"Meta" (əvvəlki adı "Facebook") 2012-ci ildə "Instagram"ı 1 milyard dollara, 2014-cü ildə isə "Whatsapp"ı 19 milyard dollara satın alıb. FTK həmin dövrdə hər iki satınalmanı təsdiqləsə də, hazırda adıçəkilən şirkətin "rəqabəti boğduğunu" irəli sürür. Hakim hökumətin lehinə qərar çıxararsa, Mark Zukerberq "Instagram" və "WhatsApp"ı satmaq məcburiyyətdə qalacaq.
FTC Mark Zukerberqi ittiham edir

FTK-nin vəkili Daniel Matesonun sözlərinə görə, bu tətbiqlər üzrə istehlakçı məmnuniyyətinin azalmağına baxmayaraq, "Meta" böyük qazanc götürür.

"2011 və 2012-ci illərə aid e-poçtlara baxsaq, görərik ki, Zukerberq "Instagram" hələ o vaxt almağı planlaşdırır, bu tətbiqi "zərərsizləşdirməyin" vacibliyini diqqətə çatdırırdı", - Mateson vurğulayır.

Bazar ertəsi məhkəmədə şahid kürsüsünə çıxan Zukerberq isə bu cür iddiaları yalanlayaraq, "Meta"nın illər ərzində "Instagram"ı yalnız təkmilləşdirdiyini söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Meta   məhkəmə  





Xəbər lenti