Tramp ABŞ-dən könüllü gedən miqrantlara pul vəd edir

   Tramp ABŞ-dən könüllü gedən miqrantlara pul vəd edir
  16 Aprel 2025    Oxunub:646
Ağ Ev qeyri-qanuni mühacirləri deportasiya etmək üçün onların ölkədən çıxmasına pul ödənilməsi üzrə yeni proqrama start verməyi planlaşdırır.
AzVision.az bildirir ki, bu barədə açıqlama verən ABŞ prezidenti Donald Trampın dediyinə görə, “özünü deportasiya” proqramı çərçivəsində qeyri-qanuni mühacirlər təqaüd alacaq və gələcəkdə ABŞ-yə qayıtmaq üçün potensial şans əldə edəcəklər.

“Biz onlara bir az pul və təyyarə bileti verəcəyik və onlarla işləyəcəyik. Əgər özlərini yaxşı aparsalar, mümkün qədər tez geri qaytarmaq üçün onlarla iş aparacağıq”, - ABŞ prezidenti vurğulayıb.

Latın Amerikası liderləri təcili görüş keçirəcəklər
Qeyri-qanuni miqrasiya ilə mübarizə Trampın əsas seçki vədlərindən biridir. “The Washington Post” qəzetinin yazdığına görə, Ağ Ev administrasiyası ilin sonuna qədər bir milyon qeyir-leqal mühaciri ABŞ-dən deportasiya etməyi planlaşdırır.

Qeyd edək ki, Tramp administrasiyasının qeyri-leqal miqrantların zorla ABŞ-dən çıxarılması yönündə atdığı ilk addımlar Latın Amerikası ölkələrində ciddi narazılıq doğurub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   miqrantlar   pul  





Xəbər lenti