Turist sahildə "yadplanetli" tapdı

 Turist sahildə "yadplanetli" tapdı
  16 Aprel 2025    Oxunub:973
Filippində maraqlı hadisə baş verib.
"Mirror" nəşrinin yaydığı məlumata görə, turistlərdən biri "yadplanetli"yə bənzəyən sirli dəniz canlısının şəklini çəkib.

Alimlər Antarktidada qəribə kalmar tapıblar - VİDEO
"Turist Kristofer Yanq Luzondakı "Cala Laya" kurortunda istirahət edərkən qeyri-adi dəniz canlısı ilə qarşılaşıb. Əcnəbi ilk dəfə gördüyü varlığı elmi fantastika filmlərindəki canlılar ilə müqayisə edib. Kişi səhər saatlarında sahildə gəzirmiş və suda qəribə hərəkətlərmüşahidə edib. Yaxınlaşan zaman qəribə varlıq onu heyrətləndirib", - nəşr yazıb.

Turist isə bunları deyib: "Əvvəlcə mən bunun üzən plastik torba olduğunu düşündüm. Lakin tapdığım canlını yaxından yoxlayandan sonra onun cansız əşya olmadığını başa düşdüm. Sanki o, "Dyun" filmindən çıxıb gəlmişdi".

Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri qəribə məxluqu sadəcə “kabus” adlandırıb. Bəziləri isə onun “yadplanetli qonaq” olduğunu zarafat edib. Bununla belə, mütəxəssislər də şərh yazaraq onu üzvi qalıqlarla qidalanan onurğasız heyvan adlandırıblar.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Turist   Yadplanetli  





Xəbər lenti