Ukrayna Rusiyanın Şuya şəhərinə hücum edib - VİDEO

   Ukrayna Rusiyanın Şuya şəhərinə hücum edib    - VİDEO
  17 Aprel 2025    Oxunub:960
Bu gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiyanın İvanovo vilayətində raket briqadasının yerləşdyi Şuya şəhərinə hücum həyata keçiriblər.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, regional əməliyyat qərargahı səhərdə PUA-ların hücum xəbərdarlığı rejiminin elan edildiyini və hücum xəbərdarlığı sisteminin fəaliyyət göstərdiyini bildirib. Yerli administrasiya hücumun dəf olunduğunu və heç kimin xəsarət almadığını açıqlayıb.

“Astra” telegram-kanalın Şuya sakinlərinin səhər saat 3:50 radələrində partlayışlar barədə məlumat verdiklərini yazıb. Yerli sakinlər hücum anını, eləcə də zərbədən sonra başlayan yanğını lentə alıblar. “Astra”nın geolokasiya etdiyi qeydlərdən biri Rusiya Silahlı Qüvvələrinin 112-ci raket briqadasının hərbi şəhərciyindən 180 metr aralıda lentə alınıb.

Şuyaya hücum edən pilotsuz təyyarələrin raketlərlə anqarları vurduğu iddia edilsə, də bu məlumatın müstəqil mənbələr tərəfindən təsdiqi yoxdur.

Rusiya Dneprə hava zərbələri endirib - VİDEO
Rusiyanın Müdafiə nazirliyi ölkənin hava hücumundan müdafiə (HHM) sistemlərinin aprelin 17-nə keçən gecə 6 regionda 71 Ukrayna PUA-larını vurduğunu bildirsə də, onun hesabatında İvanovo vilayəti yer almayıb.

Qeyd edək ki, Ukrayna 24 saat ərzində ikinci dəfə Şuyaya hücum həyata keçirib. Şəhər ilk dəfə aprelin 16-da səhər saatlarında PUA-lar vasitəsi ilə vurulub. Yerli hakimiyyət təmsilçilərinin məlumatına görə, iki nəfər yüngül xəsarət alıb. Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin 112-ci raket briqadasını aprelin 13-də Sumıya 35 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə nəticələnən hücumda ittiham edib.

Dünən isə Rusiyanın Ukraynanın Dnepr şəhərinə pilotsuz təyyarə ilə hücumları nəticəsində iki nəfər ölüb, uşaqlar da daxil olmaqla 16 nəfər yaralanıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Şuya   hücum  





Xəbər lenti