Kabayeva idmanı siyasətə qatanları qınadı - VİDEO

“Nebesnaya qraçiya” Bədii Gimnastika Akademiyasının yaydığı videoçarxda Kabayeva digər diqqət çəkən fikirlər də səsləndirib.
"Bizə neytral status verilmədi. Niyə? Çünki qızımız sosial şəbəkələrdə Qələbə Günü münasibətilə təbrik paylaşmışdı. Biz Beynəlxalq Olimpiya Komitəsində göstərilən şərtlərə nəzər salsaq görərik ki, orada bu barədə heç nə yazılmayıb. O, nasizmdən danışmayıb, vətənpərvərlikdən söz açıb", - Kabayeva deyib.
Keçmiş olimpiya çempionu həmçinin FIG-i Rusiyanın öz bayrağı və himni ilə digər ölkələrlə idman rəqabəti aparmasına icazə verməyə çağırıb.
"İdman da incəsənət kimi siyasətdən kənarda olmalıdır", - Kabaeva əlavə edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: İdman