“Biz əvvəlcə raketləri ona görə vermədik ki, Müdafiə naziri və ABŞ ordusu prezidentə Amerika arsenalında bizim əsas çəkindirmə ehtiyaclarımızı ödəmək üçün kifayət qədər bu raketlərə malik olmadığını bildiriblər. Onlar faktiki olaraq “Biz onları başqa ölkəyə təhvil verməyi tövsiyə etmirik” dedilər”, - Sallivan bildirib.
![]() |
Yuxudan ayılan Bayden “bu oğlanı” tənqid etdi - VİDEO |
Bundan əvvəl mənbələrə istinad edən “Associated Press Agentliyi (APA)” USQ-də artıq Amerikanın uzaqmənzilli “ATACMS” taktiki raketlərin qalmadığını yazmışdı. Belə ki, Vaşinqtonun Kiyevə çatdırdığı 40-dan az “ATACMS” raketlərinin ehtiyatı artıq yanvarın sonunda tükənib.
Yeri gəlmişkən, son günlər sabiq prezident Co Bayden və onun əski komandasının üzvləri “qəflət” yuxusundan ayılaraq, siyasi bəyanatlar səsləndirməyə və hətta Tramp administrasiyasını bəzi məsələrdə ittiham etməyə başlayıblar.
— Newsfeed (@Newsfeed883920) April 17, 2025
Sahil İsgəndərov
AzVision.az