"Atletiko" Antuan Qrizmannla yeni müqavilə üzrə razılığa gəldi

34 yaşlı fransız hücumçu Madrid təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləni uzatmaq barədə razılığa gəlib. Mövcud müqavilə bir il müddətinə artırılacaq. MLS klublarından təkliflər almasına baxmayaraq, Qrizmann "Atletiko"da qalmağa üstünlük verib.
Qeyd edək ki, təcrübəli futbolçu cari mövsümdə 46 oyuna çıxaraq 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
AzVision.az
Teqlər: