BMT: "Qəzzada ən ağır bohranla üz-üzəyik"

      BMT:    "Qəzzada ən ağır bohranla üz-üzəyik"
  18 Aprel 2025    Oxunub:1367
"Hazırda Qəzza zolağında uşaqlar gündə bir vaxt yeməyi güclə tapırlar".
Bu ifadələr Birləşmiş Millətlər Təşkilatı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) bəyanatındandır. Təşkilat vurğulayır ki, mart ayından bəri humanitar yardım blokadası altında qalmış Qəzzada ərzaq böhranı getdikcə daha da pisləşir.

"Son günlər müharibə başlayandan bəri ən pis humanitar böhran baş verməkdədir", - BMT bildirib.

Eyni zamanda, humanitar yardım qrupları da zolaqda vəziyyətin ağırlaşdığını diqqətə çatdırıblar. "Oxfam" qrupunun əməkdaşı Büşra Xəlilin sözlərinə görə, Qəzzada hamı yalnız konservləşdirilmiş yeməklər yeyir, qidalanma qətiyyən ürəkaçan deyil.
İsrail Ordusu: "HƏMAS-a yardım fikrimiz yoxdur"

Xatırladaq ki, keçən ay Fələstinin HƏMAS qruplaşması atəşkəs və əsir mübadiləsi üzrə sazişin uzadılması ilə razılaşmamış, İsrail də cavabən Qəzzaya humanitar yardımın keçidini dayandırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   aclıq  





Xəbər lenti