Nazirlikdən adı siyahıda olmayan plastik cərrahlarla bağlı açıqlama

"Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər. Sözügedən həkim-mütəxəssislər Komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər".
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Azərbaycan Respublikasında plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olan tibb mütəxəssisləri Komissiyanın iclaslarına dəvət olunmuş, əvvəlcədən xəbərdarlıq edilməklə iclasların audioyazısı və video çəkilişi aparılmış, iclaslar protokolaşdırılmış, təqdim olunan sənədlər ətraflı araşdırılmış və əsaslılığı yoxlanılaraq müvafiq qərarlar qəbul olunub.
AzVision.az
Teqlər: