Uşaq hüquqları ilə bağlı məlumat bankı yaradılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Məlumat bankının, o cümlədən Məlumat bankında toplanılan məlumatların (sənədlərin) ehtiyat nüsxələrinin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.
Eyni zamanda məlumat bankının aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin olunmalıdır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Məlumat bankını mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli, məlumat bankının təhlükəsizlik meyarları üzrə monitorinqini və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditini həyata keçirməlidir.
AzVision.az
Teqlər: