Kreml ABŞ-nin bəyanatlarına münasibət bildirdi

   Kreml ABŞ-nin bəyanatlarına münasibət bildirdi
  18 Aprel 2025    Oxunub:545
Ukraynada “münaqişənin həlli” məsələsi “çətin” mövzudur. Rusiya tərəfi öz maraqlarını təmin etməyə çalışır və dialoqa açıqdır.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin ABŞ prezidenti Donalda Trampın bu həftə atəşkəslə bağlı cavab gözlədiyi barədə suallarının cavabında belə deyib.

“Təmaslar kifayət qədər mürəkkəb şəkildə gedir, çünki Ukrayna nizamlanması mövzusu sadə məsələ deyil. Öz maraqlarını təmin olunmasına çalışan Rusiya münaqişəni həll etməyə hazır və dialoqa açıqdır”, - Kremlin sözçüsü bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi dialoqu aparmaqda davam edir. ABŞ-nin Dövlət katibi Marko Rubionun Vaşinqtonun Ukraynada atəşkəslə bağlı cəhdlərinin dayandıra bilməsi barədə bəyanatını şəreh edərkən, istənilən halda bəzi irəliləyişlərin olduğunu deyib.

- Bu sualı Vaşinqtonda vermək lazımdır. Biz düşünürük ki, müəyyən irəliləyişləri artıq qeyd etmək olar – bu irəliləyiş Rusiyanın enerji infrastrukturuna zərbə vurmamaq üzrə müvəqqəti moratoriumla bağlıdır. Rusiya buna sadiqdir, bunu Ukrayna tərəfi haqqında demək olmaz. Bəzi irəliləyişlər var, lakin qarşıda hələ çox çətin müzakirələr dayanır”, - Dmitri Peskov vurğulayıb.

Xatırladaq ki, bu gün ABŞ-nin Dövlət katibi Marko Rubio Ukrayna üzrə danışıqlar əbədi davam edə bilməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, razılaşmaya aydın bir yol tapılmasa, Vaşinqton bir neçə gün ərzində Rusiya və Ukrayna arasında vasitəçilik səylərindən əl çəkə bilər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   Rusiya   reaksiya  





Xəbər lenti