“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq olunacaq

“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq olunacaq
  19 Aprel 2025    Oxunub:933
“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiqlənəcək.
AzVision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti “e-mühasibat” informasiya sistemi haqqında əsasnaməni dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Eyni zamanda Nazirlər Kabineti büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Maliyyə Nazirliyi isə “e-mühasibat” informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər və “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

AzVision.az


Teqlər: “e-mühasibat”   təsdiq  





Xəbər lenti