Paytaxtda təmizlik işləri aparılıb - FOTOLAR

Paytaxtda təmizlik işləri aparılıb    - FOTOLAR
  19 Aprel 2025    Oxunub:1363
Yaz mövsümündə şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi iləBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şənbə günü, aprel ayının 19-da paytaxtda genişmiqyaslı təmizlik işləri həyata keçirilib.
AzVision.az Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindin məlumatına istinadən xəbər verir ki, BŞİH Kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, güclü yağışdan sonra yığılan torpaq qatı təmizlənib.


Təmizlik işləri zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.İctimai-iaşə, ticarət və digər obyektlərinvitrinlərini təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.


Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.


Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunmasıüçün tələb olunan bütün tədbirlər bütün il ərzində davam etdiriləcəkdir.

AzVision.az



Teqlər: Bakı   təmizlik  





Xəbər lenti