Ceyhun Bayramov Çavuşoğlunun atasının yas mərasimində I FOTO

   Ceyhun Bayramov Çavuşoğlunun atasının yas mərasimində    I FOTO
  19 Aprel 2025    Oxunub:994
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin millət vəkili, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun atasının vəfatı ilə bağlı ailəsini ziyarət edib.
Ceyhun Bayramov yerli mediaya açıqlamasında Alanyaya çoxdankı dostu və qardaşı Mövlud Çavuşoğlunun dərdini bölüşmək üçün gəldiyini söyləyib.



“Allah Osman Çavuşoğluya rəhmət eləsin, ailəsinə başsağlığı veririk. Azərbaycanda hamı Mövlud Çavuşoğlunu sevir və ona hörmət edir, o, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına hər zaman xüsusi önəm verib. Bu gün burada bütün Azərbaycan xalqı adından başsağlığı veririk”, - nazir deyib.



Qeyd edək ki, AKP-nin Antalyadan olan millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu iki gün öncə 93 yaşında vəfat edib. Onun vəfatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də M.Çavuşoğluna başsağlığı vermişdi.



AzVision.az


Teqlər:





Xəbər lenti