İran-ABŞ: Növbəti raund aprelin 26-da keçiriləcək

  İran-ABŞ:  Növbəti raund aprelin 26-da keçiriləcək
  19 Aprel 2025    Oxunub:1360
İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun iştirakı ilə növbəti danışıqlar aprelin 26-da Omanda keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Abbas Əraqçi İranın dövlət televiziya və radio şirkətinə müsahibəsində bildirib.

"Gələn şənbə günü biz ekspertlərin işinin nəticələrini müzakirə etmək üçün yenidən görüşəcəyik", - Əraqçi deyib.

Onun sözlərinə görə, İran və ABŞ nümayəndə heyətləri Romada 4 saat davam edən danışıqlarda bir sıra məsələlər üzrə anlaşma əldə edə biliblər. XİN rəhbəri, həmçinin qeyd edib ki, tərəflər məsləhətləşmələri yaxın günlərdə texniki səviyyədə davam etdirmək barədə razılığa gəliblər.

"Bu gün danışıqlar dörd saat davam edib və biz irəliləməyə davam edəcəyik. Bu dəfə biz bir sıra məsələlər üzrə daha böyük qarşılıqlı anlaşmaya nail ola bildik", - o vurğulayıb.



Teqlər: İran  





Xəbər lenti