Zelenski Putinin "Pasxa Atəşkəsini" yalanlayıb

 Zelenski Putinin "Pasxa Atəşkəsini" yalanlayıb
  20 Aprel 2025    Oxunub:1219
Rusiya prezidenti Vladimir Putinin "Pasxa" bayramı münasibətilə bir günlük atəşkəs elan etməsinə baxmayaraq, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya hərbçilərinin gecə boyu hücuma davam etdirdiyini iddia edir.
“Ümumiyyətlə, Pasxa səhərinə olan məlumata görə, Rusiya ordusunun ümumi atəşkəs təəssüratı yaratmağa çalışdığını söyləmək olar, lakin bəzi yerlərdə irəliləməyə, zərbə vurmağa davam edirlər”, – Zelenski "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.

Qeyd edək ki, Putin, şənbə günü pravoslav kilsəsinə Pasxa ziyarətindən bir neçə saat əvvəl bir günlük atəşkəs elan edərək, Rusiya qüvvələrinə üç ildir davam edən müharibə ərzində ilk dəfə olaraq cəbhə xəttində "bütün hərbi fəaliyyəti dayandırmağı" əmr edib.

Rusiya prezidentinin qərarına əsasən döyüşlər Moskva vaxtı ilə şənbə günü axşam saat 6-dan bazar günü 9-a qədər dayandırılır.

Bu arada, güman olunur ki, Rusiya ABŞ-ın Moskva və Kiyev danışıqlara ciddi münasibət göstərməsə, bir neçə günə sülh danışıqlarından imtina edəcəyini açıqlayandan sonra belə bir jest edib.

Məhəmmədəli Həsənli
AzVision.az




Teqlər:





Xəbər lenti