25-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

25-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
  20 Aprel 2025    Oxunub:1252
AzVision.az "South China Morning Post"a istinadla xəbər verir ki, Çində 9 yaşlı qız 25-ci mərtəbədəki evinin pəncərəsindən yıxılsa da, sağ qalıb.
Hadisə Tanşan şəhərində baş verib. Qız otağında tək olub. İçəri havasız olduğundan pəncərəni açmaq istəyib. Həmin an təsadüf nəticəsində sürüşərək yeddinci mərtəbənin eyvanına yıxılıb. Yıxıldıqdan sonra o, təkbaşına ayağa qalxıb, bir neçə addım ata bilib.

Daha sonra uşağı Pekin xəstəxanasına çatdırıblar. Çoxsaylı xəsarətlər alan uşaq sonradan bir neçə əməliyyat keçirib. O, hazırda xəstəxanadan buraxılıb. Qeyd edilir ki, hadisə Çin sosial mediasında rezonansa səbəb olub.

Röya Əliyeva
AzVision.az


Teqlər:





Xəbər lenti