Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
  22 Aprel 2013    Oxunub:1223
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası aprelin 30-da keçiriləcək.
Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, gündəlikdə 16 məsələ olacaq.

İnzibati Xətalar və Cinayət məcəllələrinə müxtəlif dəyişikliklər, “Nəşriyyat işi haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüququnun qorunması haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət sirri haqqında”, “Əmək pensiyaları haqqında” və s. qanunlara dəyişikliklər, eyni zamanda yeni hazırlanan “Gömrük tarifi haqqında” qanun layihəsinin müzakirəsi gündəliyə daxil edilib.(apa)


Teqlər:





Xəbər lenti