12 ştat Trampı məhkəməyə verib

“Bu fərmanlar ölkənin ticarət siyasətinin vəziyyətini əks etdirir və bu siyasət hazırda prezidentin qanuni səlahiyyətlərinin səmərəli həyata keçirilməsinə arxalanmaqdansa, onun şıltaqlığından asılıdır. ABŞ-yə göndərilən hər hansı mallara yüksək və daim dəyişən tariflər tətbiq etmək səlahiyyətini özünə mənimsəməklə, prezident konstitusiya quruluşunu pozub və Amerika iqtisadiyyatına xaos gətirib”, - sənəddə vurğulanır.
ABŞ prezidenti iqtisadiyyata zərər verməklə yanaşı, Konqresdən yan keçmək və Vaşinqtonun tarif siyasətini dəyişmək üçün əsassız əkildə fövqəladə vəziyyət elan etməkdə ittiham olunur.
Məhkəməyə müraciətin təşəbbüskarı Oreqon ştatının Baş Prokurorluğu olub. Məhkəmə iddiası Arizona, Vermont, Delaver, İllinoys, Kolorado, Konnektikut, Minnesota, Men, Nevada, Nyu-York və Nyu-Meksiko ştatları tərəfindən dəstəklənib. Cavbdeh qismində Donald Tramp, Daxili Təhlükəsizlik naziri Kristi Noem, Gömrük və Sərhəd nəzarəti Xidmətinin rəhbəri vəzifəsini icra edən Piter Flores göstərilir.
Sahil İsgəndərov
AzVision.az