Almatı Prosesi çərçivəsində Bakı Bəyyanaməsi qəbul ediləcək

   Almatı Prosesi çərçivəsində Bakı Bəyyanaməsi qəbul ediləcək
  24 Aprel 2025    Oxunub:544
Almatı Prosesinin məqsədi əhatə olunan regionlarda miqrasiya və qaçqınların hüquqlarının müdafiəsi üzrə məsələlər istiqamətində əməkdaşlığı dərinləşdirmək, qanuni miqrasiyanı asanlaşdırmaq və aidiyyatı dövlət qurumları, dövlətlər arasında əlaqələri gücləndirməkdir.
AzVision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Almatı Prosesinin III Nazirlər Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Almatı Prosesinin III Nazirlər Konfransı Azərbaycanın beynəlxalq təşkilatlarda aktiv iştirakının nümunəsidir:

"Bu gün keçiriləcək konfransda üç əsas məsələyə diqqət yönələcək. Bu məsələlər Azərbaycanın sədrliyinə və son iki ildə Almatı Prosesinə nəzər yetirmək, prosesə sədrliyin yeni ölkəyə ötürülməsi, təşkilatın növbəti illər üçün prioritetlərini müzakirə etməkdir".

Dövlət Xidmətinin rəisi vurğulayıb ki, daha bir müsbət hal isə Almatı Prosesinin III Nazirlər Konfransında Bakı Bəyannaməsinin qəbul edilməsi olacaq: "Bu sənəd Azərbaycanın təşəbbüsü ilə hazılanıb və razılaşdırılıb. Bu, miqrasiya prosesləri ilə bağlı statistika, data mübadiləsinin təşkili, qanunsuz miqrasiyaya qarşı tədbirlərin keçirilməsi üçün əlaqələndirmənin təmini və o cümlədən Almatı Prosesinə üzv dövlətlərin kadr potensialının, biliklərinin artırılmasına yönəlik birgə tədbirlərin keçirilməsidir. Bu xüsusda da müsbət bir məqam da ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən Miqrasiya üzrə Regional Təlim Mərkəzi bu məqsədlər üçün ixtisaslaşmış mərkəz kimi müəyyən edilir

".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti