"Bu, müharibəni başa çatdırmağın yeganə yoludur", - o vurğulayıb.
![]() |
Qəzzada atəşkəs danışıqlarının yeni mərhələsi başlayıb |
Xatırladaq ki, aprelin 22-də Misirin paytaxtı Qahirə şəhərində İsrail ilə HƏMAS arasında atəşkəs danışıqlarının növbəti mərhələsi başlayıb. Ötən günlərdə isə Misirin Dövlət İnformasiya Xidmətinin sədri Ziya Rəşvan yerli mətbuata verdiyi müsahibədə münaqişənin həlli üzrə səylərin "özünü doğrultduğunu" diqqətə çatdırmışdı. Onun sözlərinə görə, İsrail ilə HƏMAS arasında atəşkəs və əsir mübadiləsi sazişi üzrə yeni danışıqlarda müsbət irəliləyiş var. Hərçənd HƏMAS keçən həftə təkliflə razılaşmayaraq, "daha ətraflı" müzakirələr tələbini irəli sürmüşdü.
Firudin Həmidli
AzVision.az