Rza Pəhləvi İranda dövlət çevrilişinə çağırıb

Onun iddiasına görə, bu cür tədbirlər guya “sistemi iflic vəziyyətinə sala və onun dağılmasına səbəb ola biləcək bir sıra mütəşəkkil əmək tətillərinin” həyata keçirilməsinə kömək edəcək.
“İşlərin dayandırılması və tətillər vasitəsilə rejimin iflic olması – bir şərtlə ki, biz onu təmin edə bilsək, bu, millət üçün ən aşağı qiymətdir – bir neçə ay ərzində baş verə biləcək bir məsələdir”, - keçmiş şahın böyük xələfi deyib.
Xatırladaq ki, mart ayının sonunda İranın Ali Dini lideri Əli Xameneyi İran xalqına zərər yetirən hər kəsə Tehranın “sanballı şapalaq” vurmağa hazır olduğunu vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az