Bakıda “Almatı Prosesi”nin 3-cü Nazirlər Konfransı keçirilir

“Almatı prosesi”nə üzv, müşahidəçi və dəvət olunmuş dövlətlərin miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq orqanlarının və beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən konfransda açılış nitqi ilə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edib. Onun sözlərinə görə, Azərbaycan “Almatı prosesi”nə 2 illik sədrlik dövründə fəaliyyətini bütün iştirakçı dövlətlərin maraq və ehtiyacları, eləcə də prosesin strateji və instusional inkişafı istiqamətində qurmağa çalışıb: “Sədrliyimiz çərçivəsində müəyyənləşdirilən prioritetlərə uyğun olaraq qanuni miqrasiyanın təşviqi, miqrasiya üzrə statistik təhlillərin aparılması, iqlim dəyişikliyi və miqrasiya üzrə inklüziv siyasət və fəalaiyyət planının hazırlanması, institusional bacarıqların artırılması və .s bu kimi istiqamətlər üzrə fəalliyyət həyata keçirilib. Bunlar yaxşı təcrübələrin maraqlı tərəflərlə mübadiləsinə, miqrasiya sahəsində qarşılıqlı əlsqələrin daha da genilənməsinə hədəflənib. Azərbaycan “Almatı prosesi”nin işində təşkilatın yarandığı vaxtdan fəal iştirak edir və milli miqrasiya sahəsində əldə etdiyi təcrübəni bütün maraqlı tərəflərlə bölüşərək bu illər ərzində digər iştirakçı dövlətlərin ən yaxşı təcrübələrindən yararlanmışdır. Bu xüsusda Azərbaycanın son 2 il ərzində “Almatı prosesi”nə sədrlik etməsi bizim üçün çox əlamətdar idi”.
Beynəlxalq Miqrasiya Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken isə qeyd edib ki, Bakı bəyannaməsinin qəbul olunmasını miqrasiya sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirir. O, Bakı bəyənnaməsinin regional əməkdaşlığın möhkəmlənməsinə, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib: “Almatı prosesi” iştirakçı ölkələr və müşahidəçi dövlətlər üçün mühüm platforma olaraq qalmaqdadır və regionda miqrasiyanın əhəmiyyətinin artdığı və yaxın gələcəkdə də aktual olaraq qalacağı bir şəraitdə həm formal, həm də qeyri-formal fikir mübadiləsi üçün unikal imkanlar yaradır. “Almatı prosesi” iştirakçısı olan ölkələrin hüdudlarından kənarda təxminən 8 milyon vətəndaş yaşadığı halda , bu ölkələrin daxilində olan xarici miqrantların sayı 9,5 milyon təşkil edir . Daha geniş çərçivədə – iştirakçı, müşahidəçi və dəvət olunmuş ölkələr üzrə bu rəqəmlər müvafiq olaraq 22 milyon vətəndaş və 25 milyon xarici miqrant təşkil edir”.
Türkiyə daxili işlər nazirinin müavini Mehmet Aktaş çıxışında qeyd edib ki, 2023-cü ildən bəri qardaş ölkədə 456 min 851 qeyri-qanuni miqrant saxlanılıb: "Son iki il ərzində Türkiyədə 118 min 552 miqrant dənizlərdə boğularaq ölməkdən xilas edilib. Bununla yanaşı, 261 min 701 qeyri-qanuni miqrant ölkədən deportasiya olunub. Türkiyədə tətbiq edilən "Mobil İmmiqrasiya Məntəqələri" miqrasiya sahəsində dünyada ilkdir. Bununla şəxsiyyət vəsiqəsini təqdim edə bilməyən əcnəbilər lazımi yoxlamalar üçün “Mobil İmmiqrasiya Məntəqələri” adlanan avtomobillərə dəvət edilir və burada İmmiqrasiya İdarəsinin əməkdaşları tərəfindən "Göç-Net" məlumat bazası vasitəsilə biometrik məlumatlarla yoxlanılır".
Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Askarbek Ertayev isə bildirib ki, “Almatı prosesi”nin növbəti sədrliyi çərçivəsində Qazaxıstan həm Mərkəzi Asiya dövlətləri arasında, həm də hökumət və beynəlxalq təşkilatlar arasında regional əməkdaşlığın gücləndirilməsinə bundan sonra da vasitəçilik etmək niyyətindədir. Tədbir panel müzakirələrlə davam edib.
Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Almatı prosesi” özündə Mərkəzi Asiya ölkələrini, Azərbayan, Türkiyə, Pakistan, İran və İtaliyanı birləşdirən regional məşvərətçi platformadır. “Almatı prosesi”nin katibliyi funksiyasını Beynəlxalq Miqrasiya Təşkilatı həyata keçirir. Beynəlxalq miqrasiya və qaçqınların müdafiəsi sahəsində dialoqu gücləndirməyi, məlumat mübadiləsini və regional əməkdaşlığı təşviq etməyi hədəfləyən Proses bu istiqamətdə dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verir. Yarandığı vaxtdan Prosesin işində aktiv iştirak edən Azərbaycan Respublikası 2023-cü ilin martın 28-də sədrliyi Türkiyə Respublikasından təhvil alıb.
AzVision.az
Teqlər: