Britaniya mətbuatından Azərbaycana qarşı təxribat

Britaniya mətbuatından Azərbaycana qarşı təxribat
  30 İyul 2014    Oxunub:1563
Mərkəzi ofisi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “The European Times” jurnalında Azərbaycana qarşı təxribat xarakterli yazılar, müsahibələr dərc olunur.

AzVision.az-ın məlumatına görə, özünü müstəqil media agentliyi adlandıran qurum “Dağlıq Qarabağ Respublikası”na həsr olunan qərəzli və birtərəfli məlumatlar yayır. Belə ki, saytda “goverment” (hökümət) adlı bölümündə Artsax , yəni “Dağlıq Qarabağ Respublikası” ayrıca, müstəqil ölkə kimi göstərilib.

Jurnalda həmçinin “Qarabağ”ın maliyyə və iqtisadiyyat, səhiyyə, kənd təsərrüfatı, xarici işlər, təhsil və elm, sənaye infrastrukturu nazirləri ilə “eksklüziv” müsahibələrdə dərc edilir.

Jurnalda dərc olunan təxribat xarakterli yazılarla BURADAN tanış ola bilərsiniz.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti