Şimon Peres: `Müharibə dayandırılmalıdır`

Şimon Peres: `Müharibə dayandırılmalıdır`
  30 İyul 2014    Oxunub:1000
İsrailin sabiq prezidenti Şimon Peres Qəzza sektorunda hərbi əməliyyatların effektiv olmadığını bildirərək ölkə hökumətini münaqişənin diplomatik yolla həll edilməsi yollarını axtarmağa çağırıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1224-ə çatıb. Münaqişə nəticəsində ölən İsrail vətəndaşlarının sayı isə 56-ya çatıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti