Rövşən Lənkəranskinin düşməni Rusiyaya ekstradisiya edilib – VİDEO

Rövşən Lənkəranskinin düşməni Rusiyaya ekstradisiya edilib – VİDEO
  30 İyul 2014    Oxunub:1237
Vaqin Ded Xasan klanındandır.
Birləşmiş Ərəb Əmirlikləri məşhur qanuni oğru Vladimir Vaqini Rusiyaya təhvil verib.

AzVision.az Publika.az-a istinadən xəbər verir ki, Vaqon ləqəbli kriminal avtoritet 2009-cu ildən İnterpol xətti ilə axtarışda idi. O, həmin ilin martında Nijni-Novqorod kafelərinin birində qafqazlılarla dalaşaraq onlardan birini bıçaqla ağır yaralamışdı. Federal axtarışa verilən Vaqin həmin vaxt Dubaya uçaraq həbsdən yaxasını qurtara bilmişdi.

Onun təhvil verilməsi üçün Rusiya BƏƏ-yə hələ 2010-cu ildə sorğu göndərib. Lakin Vaqinin vəkilləri Dubay məhkəməsinə guya onun xəstə olması barədə saxta sənəd təqdim ediblər. Həbsdən müvəqqəti azad olan Vaqin yenidən qaçıb gizlənmişdi.

İndi isə, üstündən 4 il keçdikdən sonra Dubay polisinin yenidən həbs etdiyi Vaqon Rusiyaya ekstradisiya edilib.

Qeyd edək ki, Vaqin həmyerlimiz Rövşən Lənkəranskiyə düşmən olan Aslan Usoyanın (Ded Xasan) klanındandır.




Teqlər:





Xəbər lenti