Şimali Koreya Ukraynaya qoşun göndərdiyini təsdiqləyib

   Şimali Koreya Ukraynaya qoşun göndərdiyini təsdiqləyib
  28 Aprel 2025    Oxunub:474
Rəsmi Pxenyan Rusiyanın Ukraynaya qarşı müharibəsində dəstək məqsədilə qoşun göndərdiyini ilk dəfə təsdiqləyib.
Bu barədə Şimali Koreyanın hakim Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyası bəyanat yayıb. Bəyanatda vurğulanır ki, lider Kim Çen In "qarşılıqlı müdafiə müqaviləsi əsasında Rusiyaya hərbi qoşun göndərmək qərarına gəlib".

ABŞ, Cənubi Koreya və Ukraynanın kəşfiyyat orqanları Şimali Koreyanın keçən ilin payızında Rusiyaya təqribən 10-12 min əsgər göndərdiyini mütəmadi bildirsə də, rəsmi Pxenyan özü bu günədək belə bir faktı nə təsdiqləmiş, nə də danmışdı.

"Bu qərar Rusiya Silahlı Qüvvələri ilə birlikdə Ukraynanın neonasist işğalçılarını aradan qaldırmaq, Kursk ərazisini azadlığa çıxarmaq məqsədi daşıyırdı. Ədalət uğrunda mübarizə aparanların hər biri qəhrəmandır", – Kim Çen Inın dilindən verilən bəyanatda deyilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Şimali-Koreya   Rusiya   müharibə   dəstək  





Xəbər lenti