Bu barədə New York Post
məlumat yayıb. Kadrlara ayının uşaqlar üçün nəzərdə tutulmuş oyun meydançasındakı atraksionda oynaması da düşüb. Maraqlısı odur ki, vəhşi təbiətdə böyüyən ayı əylənən zaman sirk heyvanı kimi davranıb.
"Bütün bunlar Vest Simsberidəki şəxsi evin həyətində baş verib. Sarah Lovinq adlı qadın bildirib ki, o, həmin gün həyat yoldaşı və iki övladı ilə səfərdən qayıdıbmış. Onlar əvvəlcə evə giriblər və oyun meydançasına keçmək istəyəndə qazonda əylənən iki ayını görüblər. Heyvanlardan biri atraksiona qalxaraq uşaqlar kimi aşağı doğru sürüşüb əylənirmiş. Sonra meşədən gələn çağırılmamış qonaq bir müddət oyun meydançasının yaxınlığındakı qum təpəsində dincəlib və digər ayı ilə birlikdə qonşunun həyətinə keçib", - nəşr yazıb.
Görüntülər sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Tural Tağıyev
AzVision.az