Husilər ABŞ-nin “Harry Truman” təyyarədaşıyan gəmisinə zərbə endirib

Husilər ABŞ-nin    “Harry Truman”    təyyarədaşıyan gəmisinə zərbə endirib
  28 Aprel 2025    Oxunub:332
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər ABŞ-nin Yəmən ərazisini atəşə tutmasına cavab olaraq “Harri Truman” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Amerika təyyarədaşıyıcı qrupuna bir sıra zərbələr endirib.
AzVision.az xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya husilərin nəzarətində olan “Əl Məsirə” telekanalının efirində bildirib.

“ABŞ-nin təcavüzünə və dinc sakinlərin öldürülməsinə cavab olaraq silahlı qüvvələr Amerikanın “Harry Truman” aviadaşıyıcısına və onun müşayiət edən gəmilərinə hücum edərək donanma, hava qüvvələri və raket qüvvələrinin birgə əməliyyatı çərçivəsində onlarla döyüşə girib”, - o deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti