ABŞ Kiyevə “Abrams” tanklarının verilməsini bloklayır

Məlumatda tankların Kiyevə ötürülməsi ilə bağlı fəsadların ilk dəfə keçən ay ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı müvəqqəti olaraq dondurması ilə yarandığı bildirilir. İndi məsələdən hali olan avstraliyalı hərbi məmurların iddiasına görə, tankların başqa ölkəyə ötürülməsi üçün ABŞ-nin verməli olduğu rəsmi icazənin hələ alınmaması prosesi daha da çətinləşdirir.
“Biz ukraynalıların həqiqətən də bu maşınları istədiklərinə şübhə etməyə başlayırıq. Çünki tankın damı “Abrams”ların ən zəif yeridir, bu müharibə isə PUA-ların döyüşüdür”, - Avstraliyanın Müdafiə nazirliyinin adı açıqlanmayan rəsmisi deyib.
“ABC” xatırladır ki, keçən il Pentaqon Ukraynada logistik xərclər və avadanlıqlara xidmətlə bağlı çətinliklər səbəbindən köhnəlmiş tankların Kiyevə verilməsi barədə Avstraliyaya xəbərdarlıq edib.
Bununla belə, Müdafiə nazirliyinin təmsilçisi telekanala Avstraliyanın “M1A1 Abrams” tankalrını 2025-ci ildə xaricə ötürmək planını həyata keçirmək yolunda olduğunu onların ixracı prosesinin davam etdiyini açıqlayıb.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında Avstraliyanın 245 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsi kimim Ukraynaya tezliklə ölkənin hərbi arsenalından çıxarılacaq 49 ədəd “Abrams” tankı göndərəcəyi bildirlmişdi. Avstraliyanın köhnəlmiş “Abrams” tanklarını üçüncü ölkəyə təhvil verməsi üçün Beynəlxalq Silah Dövriyyəsi Qaydalarına (İTAR) uyğun olaraq ABŞ-nin icazəsi lazımdır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Avstarliya ABŞ tank