Puşkov: "Tramp liderlik nümayiş etdirmək üçün Makronu qovdu"

      Puşkov:    "Tramp liderlik nümayiş etdirmək üçün Makronu qovdu"
  29 Aprel 2025    Oxunub:332
ABŞ-nin rəhbəri Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə apardığı danışıqlara Fransa prezidenti Emmanuel Makronun qoşulmasına mane oldu.Burada əsas məqsəd Trampın öz liderliyini göstərməsi idi.
Bu barədə Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov özünün Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Romadakı Müqəddəs Pyotr Bazilikasında Makron üçün də üçüncü stul hazırlanıbmış. Lakin Amerika lideri onu sözün həqiqi mənasında “qovmalı olub”.

Tramp Makronu qovub? | VİDEO
Puşkov belə hesab edir ki, bütün bunlar Trampın "partiyasını" daha da irəli çəkməyə çalışdığını göstərir: "Fotoda isə Tramp Makrona Zelenski ilə təkbətək ünsiyyət quracağını izah edir".

“The Telegraph” qəzeti də bu mövzuya toxunub. Nəşr yazıb ki, Tramp əslində Zelenski ilə söhbətdən əvvəl danışıqlarda iştirak etmək istəyən Makronu qovmayıb.

Xatırladaq ki, Tramp ilə Zelenskinin Vatikandakı üzbəüz görüşündən çəkilən foto bütün dünyada böyük maraqla qarşılanmışdı. Görüşdən qabaq çəkilən videoda isə Trampla Zelenski görüşəndə əvvəlcə zalın ortasında 3 stul olub. Stullara sarı gedəndə Fransa prezidenti Emmanuel Makron onlara yaxınlaşaraq, Zelenski ilə görüşür və nəsə deyir, Tramp da ona cavab verir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Zelenski   Makron  





Xəbər lenti